Xətai rayonu Əhmədli qəsəbəsi, Vunq Tau küçəsi bina 11b ünvanında yaşayan sakinlər qarşılaşdıqları problemlə bağlır redaksiyamızın poçt ünvanına müraciət ediblər.
Xətai rayonu Əhmədli qəsəbəsi, Vunq Tau küçəsi bina 11b ünvanında yaşayan sakinlərin bildirdiklərinə görə, bu ilin əvvəlində Xətai rayon Icra nümayəndələri həmin binaya baxış keçiriblər və bu ərazini abadlaşdırma qərarına gəliblər, binanın həyətini bütövlüklə qazıblar.
Sonra bir neçə gündən sonra işi görən fəhlələr abadlaşdırma işlərin yarımçıq və biabırçı vəziyyətdə qoyub gediblər.
Bu məsələ ilə bağlı sakinlər Xətai rayon icra hakimiyyətinə dəfələrlə müraciət etsələrdə, heç bir nəticə olmayıb.
Xətai rayonu Əhmədli qəsəbəsi, Vunq Tau küçəsi bina 11b ünvanında yaşayan sakinlər sonda məcbur olub öz maliyyələri hesabına yaşadıqları məhləni abadlaşdırmaq qərarına gəliblər.
P.S. Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb, münasibət öyrənmək mümkün olmadı. Qarşı tərəf kimi, Xətai rayon icra hakimiyyətinində münasibətin öyrənməyə hazırıq.
Azər Mətin
Millətin Səsi.İnfo