Avrozonada inflyasiya rekord HƏDDƏ ÇATIB

 01-06-2022

May ayında Avrozona ölkələrində qiymətlər aylıq bazada rekord 8,1% səviyyəsinə çatıb ki, bu da proqnozlaşdırılan 7,8%-dən yüksəkdir.

Bu barədə çərşənbə axşamı “Eurostat”ın mətbuat xidməti məlumat yayıb.

Qiymət artımının daha çox enerji resursları (apreldə 37,5%-ə qarşı 39,2%), ərzaq, alkoqollu içkilər və tütün məmulatları (apreldə 6,3%-ə qarşı 7,5%) və qeyri-enerji sektorunun sənaye məhsulları (apreldə 3,8%-ə qarşı 4,2%) sahələrində müşahidə olunacağı gözlənilir.

İllik əsasda may ayında orta qiymətlər ən çox Estoniyada (20,1%), Litvada (18,5%) və Latviyada (16,4%) yüksəlib.

Qeyd olunur ki, Avrozonada inflyasiya yeddinci aydır ki, rekord sürətlə artır.

Mənbə: Yevropeyskaya Pravda

Bənzər yazılar

0.41025495529175