Kəmaləddin Heydərovun iranlı ortağı məhkəməyə verildi

 29-05-2023

“Çinar-Servis” İstehsalat Kommersiya Firması “Varvara Balıq” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

Qaynarinfo.az xəbər verir ki, firmanın iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdir.

“Varvara Balıq” ASC 4 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3 018 000 AZNtəşkil edən ASC-nin hüquqi ünvanı Yevlax rayonunun Varvara kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Mənuçehr Əhədpur Xangah Əli oğludur.

Məniçehr Əhədpur Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamıdır. Onun ölkəmizdə xeyli sayda biznes strukturları var. Bu sırada “Sema” MMC, “Azdəmir LTD” MMC, “Ahad Parfurmery” MMC, “AZ Edu LTD” MMC, “Azalko” MMC, “Azturbine Eenergy Co LTD” MMC, “AZ Aero Tech Co LTD” MMC, “Aztikintiyol” MMC, “Az Tikinti Ko” MMC, “Azfruitti Co” MMC və “Dominos Pizza”nın adını çəkmək olar.

Əhədpur həm də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ortağı kimi tanınır. Bu səbəbdən bəzən onun qanuni təmsilçisi olduğu şirkətlər Kəmaləddin Heydərovun biznes strukturları kimi təqdim edilir.

“Çinar Servis” İstehsalat Kommersiya Firmasına gəlincə, oksigen istehsalı ilə məşğul olan şirkət 12 dekabr 1995-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 19 641 006 AZN-dir. Firmanın qanuni təmsilçisi Dadaşov Mahir Əkbər oğludur. Firmanın sahibi isə iş adamı İlyas Sadıxocdur.

2021-ci ildə onun mediada müraciəti dərc edilib. İlyas Sadıxov müraciətində sahibi olduğu firmanı başqaları tərəfindən ələ keçirmək cəhdlərindən bəhs edib.

Mənbə Qaynarinfo.az

Bənzər yazılar

0.16489195823669