Tağı Əhmədova qarşı iki milyon manatlıq dələduzluq edən SABİQ POLİS AXTARIŞDA

 10-03-2022

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova qarşı iki milyon manatlıq dələduzluq edən şəxslərdən daha biri axtarışa verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, sabiq polis əməkdaşı olan Qulu Muxtarov Cinayəyət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Q.Muxtarov istintaqdan yayındığı üçün barəsində həbsli axtarış qərarı çıxarılıb.

Yerli mətbuatın yazdığına görə, Q. Muxtarov əvvəllər Bakı şəhər Baş Polis İdarəsində çalışıb.

Qeyd edək ki, həmin iş üzrə 3 nəfər - Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov təqsirləndirilirlər. S. Xəlilov həbsdə olsa da, digər iki nəfər məhkəmə dövründə azadlıqda olublar. Qulu Muxtarov və Sahil Abuşovun işi S. Xəlilovun işindən ayrılıb. S. Xəlilov hazırda tək mühakimə olunur.

Təqsirləndirilənlərdən Sahil Abuşov barəsində də axtarış elan olunması ilə bağlı bir neçə gün əvvəl xəbər vermişdik.

S. Xəlilov məhkəmədə 2 milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Bənzər yazılar

0.21524095535278