Azərbaycanda daha 270 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib

 10-03-2022

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 270 yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 153 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 960 nəfər müalicə olunaraq sağalıb, 9 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 618 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 356, bu günə qədər isə ümumilikdə 6 617 758 test icra olunub.

Bundan başqa,  Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 923 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 436, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20 885, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 250 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 202 557, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 311 055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 798 936, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 876 702, pozitiv nəticədən sonra buster doza olunanların sayı 215 864 təşkil edir.

Bənzər yazılar

0.20544695854187