“Bakı Gəmiqayırma Zavodu” MMC-nin yeni sədri sığorta ödənişlərini ləğv etdi, işçilər narazı qaldı

 23-05-2023

“Bakı Gəmiqayırma Zavodu” MMC-də tibbi sığorta ilə bağlı verilən qərar işçilər arasında ciddi narazılıqlar yaradıb. 

Valyuta.az-ın əldə etdiyi məlumata görə, qurumun İdarə Heyətinin sədri Elşad Nuriyev vəzifəsinin icrasına başlayan kimi işçilərin tibbi sığortası ilə bağlı MMC tərəfindən edilən ödənişləri ləğv etdirib. Bu da əmək şəraiti ağır və zərərli olan işlərlə məşğul olan işçilər arasında ciddi narazılıqlar yaradıb. 

Verilən qərara əsasən, işçilər əvvəllər hər hansı bir xəstəliklə bağlı müasir şəraiti olan özəl və dövlət xəstəxanalarında MMC-nin etdiyi ödəniş əsasında müalicə ala bilirdilərsə, hazırda bu güzəştlər ləğv olunub. 

Yəni işçilər hər hansı bir xəstəliyin müalicəsi üçün yalnız dövlətin verdiyi güzəştlərdən yararlana biləcək. Əvvəllər sığorta olunduqları müalicə müəssələrinə isə yalnız öz vəsaitləri hesabına müraciət edə bilərlər. Bu isə zavodda kiçik vəzifələrdə çalışan işçilərin əmək haqları ilə uyğunluq təşkil etmir.

Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında Elşad Nuriyev “Bakı Gəmiqayırma Zavodu” MMC-də İdarə Heyətinin sədri təyin edilib.

Bənzər yazılar

0.13145995140076