Azərbaycanda 4 milyon hektardan artıq kənd təssərrüfatı üçün yararlı torpaq sahələri olmasına baxmayaraq əkin sahələri azalıb.
Xezerxeber.az xəbər verir ki, ölkə əhalisinin sayını, o cümlədən mövcud torpaq ehtiyatlarını nəzər alsaq bu daxili tələbatı ödəməkdə ciddi problemlər yaradır.
İiqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, yararlı torpaq sahəsinin 2 milyonu əkin, 2 milyonu isə örüş sahələri üçün nəzərdə tutulub.
Ekspert hesab edir ki, müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan sahələr siyahıdan çıxarılıb, eləcə də çox subsidiya almaq üçün mövcud sahələr daha çox yazdırılıb, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov isə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il 43 min hektar artıq əkin aparılıb.
Otlaq sahələrinin azalmasına gəlincə, bunun da əsaslı səbəbləri var:
Şöbə müdiri qeyd edib ki, əkin təyinatlı torpağın digər kateqoriyaya keçilməsi doğru addım deyil.
Daha ətraflı videomaterialı təqdim edirik: