“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti İsmayıllı Telekommunikasiya Qovşağının 13 işçisi ştatları ləğv edildiyindən vəzifələrindən kənarlaşdırılıblar.
Valyuta.az-ın məlumatına görə, işdən çıxarılanların əksəriyyəti isə xanımlardır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “Aztelekom”un Ağsu, Şamaxı, Qobustan, İsmayıllı (indiki İsmayıllı filialı) və Qəbələ telekommun şöbələrində elektromexanik ştatı ləğv edilib.
Struktur bölmələrdə işləyən işçilərin sayının və ştatların həmin əmrlə təsdiq edilmiş ştat cədvəlinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə ştatların ixtisarı ilə əlaqədar bəzi işçilərlə bağlanılmış əmək müqavilələrinə xitam verilməsi zərurəti yarandığından İsmayıllı Telekommunikasiya Qovşağında 13 nəfər işdən çıxarılıb.
Bundan narazı qalan keçmiş işçilər İbadova Qətibə, Həsənova Tamilla, Məmmədzadə Əli və Qədirova Abidə məhkəməyə müraciət ediblər.
Məhkəmə iclasında iştirak edən iddiaçılardan biri bildirib ki, 32 il rabitə sahəsində işləyiv və heç bir qüsuru olmayıb. Ona ixtisar olunaraq işdən çıxarıldığı bildirilib. Qarşı tərəf ştatın ləğv olunduğunu deyib. Lakin ştat ləğv olunsa da, başqa ştat yaradılıb. Həmin iş var, sahə var. Sadəcə sahədə müəyyən dəyişikliklər edilib.
Onların digər işçiləri hələ də fəaliyyət göstərirlər. Faktiki ixtisara düşmüş işçilər orada işlədilir. İddiaçı niyə işdən çıxarıldığının səbəbini soruşanda bildiriblər ki, qadın olduğuna görə vəzifəsini ititib. Həmin iş qalır, sadəcə olaraq vəzifənin forması dəyişilib. İddiaçı bildirib ki, onunla bir yerdə işləyən işçilərin vəzifələri böyüdülüb.
"32 il rabitə işçisi kimi mənə MMC-də xadimə, bağban kimi işlər təklif edilir", deyə iddiaçı bildirib.
Digər iddiaçılar da hüquqlarının pozulduğunu, ştatın ləğv olunmadığını, sadəcə adınını dəyişdirildiyini bildiriblər.
İşə Yasamal Rayon Məhkəməsi baxaraq, işdən çıxarılanların iddiaçıların iddiasını təmin etməyib