"İmplantcast Azerbaijan” MMC ilə "Medistyle” MMC arasında alqı-satqı müqavilələri üzrə mübahisə yaranıb.
Qaynarinfo.az xəbər verir ki, iş o yerə çatıb ki, "İmplantcast Azerbaijan” MMC məhkəməyə müraciət etməli olub. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
"İmplantcast Azerbaijan” MMC 17 oktyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə David Badalovdur.
"Medistyle" MMC 3 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 948 855 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi təmsilçisi Əhmədov Rahim Rahib oğludur.
\
Bakıda fəaliyyət göstərən "Medysyle Hospital” vergidə "Medistyle” MMC kimi qeydiyyatdan keçib.
Bu hospitalın təsisçisi isə İmran Ağayev olub. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində işləyib.
İmran Ağayev fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin bacısı oğludur. Hospitalın sahibinin də Faiq Tağı-zadə olduğu bildirilir.
Mənbə Qaynarinfo.az