Azərbaycanın tikinti sektorunda aparıcı şirkətlərdən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC maliyyə böhranı keçirir.
Qaynarinfo.az məlumat yaymışdı ki, ASC-nin 13 072 229.78 AZN vergi borcu var.
Şirkətdən verilən açıqlamada isə bildirilirdi ki, hər hansı bir şirkətə vergi orqanın qərarı əsasında yazılmış vergi məbləği onun təsdiqlənmiş həqiqi borc anlamına gəlmir.
Beləliklə, açıqlamadan aydın olurdu ki, ASC borcun məbləği ilə razı deyil. Şirkət buna etiraz olaraq inzibati şikayət verdiyini də açıqlayıb.
Araşdırmalarımız zamanı məlum olub ki, "Akkord”un törəmə şirkətlərinin əksəriyyətinin də külli miqdarda vergi borcu var.
Məsələn, "Akkord Asfalt” MMC-nin bu günə olan vergi borcu 2 932 065.29 AZN təşkil edir.
"Akkord”a daxil olan və tikinti sektorunda tanına "Körpü Tunel Tikinti” MMC-nin də vergi borcu iri məbləğıə ifadə olunur. Şirkətin bu günə olan vergi borcu 8 904 803.54 AZN-dir.
"Akkord”a daxil olan iri şirkətlərdən biri də "Akkord Hydrotechnical Construction” MMC-dir. MMC-nin vergi 1171443.48 AZN-dir.
"Akkord Beton” MMC 3 634.40 AZN , "Accopen” MMC-nin 4 990.43 AZN, "Akkord Qum” MMC-nin 9 578.90 AZN, "Deutsche Fassaden Technologien” MMC-nin isə 189 080.03 AZN vergi borcu var.
Bu şirkətlərin toplam vergi borcu 13 215 596.07 AZN təşkil edir.
Bu məbləği ASC-nin özünün vergi borcunun üstünə gələndə isə məlum olur ki, şirkətə dövlət 26 287 825.85 AZN borcu var.