Sumqayıtda "Xəmsə" tədris müəssisəsində şagirdi məftillə vuran müəllimlə bağlı araşdırma aparılır

 22-05-2023

Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi Elşad Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır. 

DİN-in mətbuat xidmətindən  bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

İdarənin təhqiqat şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edilib ki, araşdırmanın nəticəsilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.

Xatırladaq ki, Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. 

Sosial şəbəkədə paylaşılan görüntülərin Sumqayıtda "Xəmsə" tədris müəssisəsində lentə alındığı deyilir.

Videogörüntüdə müəllimin şagirdləri qamçı ilə döydüyü, şiddət göstərdiyi aydın görünür.  Paylaşımlarda iddia edilir ki, sözügedən müəllimin adı Elşaddır.

Videogörüntülərlə bağlı açıqlama verən “Xəmsə” Tədris Mərkəzi Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva deyib ki, o bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyib: "Pandemiya dövründə çalışıb və hadisə də o vaxt olub. Lakin videogörüntülər indi yayılıb. Müəllim artıq bizim müəssisədə çalışmır”.

O bildirib ki, həmin müəllim pandemiya dövründən “Xəmsə” Tədris Mərkəzində icarəyə otaq götürüb: “Elşad Qurbanov həmin dövrdə bizdə dərs deyib. Hətta nəticələri yüksək olan müəllimlərdən biridir. Valideynlər uşaqlarını riyaziyyatdan məhz o müəllimin hazırlaşdırmasını istəyirdilər. Yüksək nəticə əldə etsinlər deyə o vəziyyətdə dərs keçməsinə belə valideynlər razı idi. Elşad Qurbanovun qrupuna uşaq yerləşdirmək də çətin idi, hər uşağı qrupa götürmürdü. Həmin videogörüntülərdəki hadisə də pandemiya dövründə olub. Hadisənin videogörüntüləri indi yayılıb. Heç o dövrdə də bizə bu barədə valideyn şikayəti daxil olmamışdı”.

Həmin videogörüntüləri təqdim edirik:

Bənzər yazılar

0.7890031337738