Ukraynada döyüşən rus hərbçilərin ailələri Rusiyada GİROV SAXLANILIR

 30-05-2022

Rusiyanın qərb hərbi dairəsində zabit ailələrinə ölkəni tərk etmək qadağan edilib. Hərbçilər döyüş tapşırıqlarını yerinə yetirməkdən imtina edərlərsə, onların həyat yoldaşları və uşaqlarını Uzaq Şərqin depressiyaya məruz qalmış rayonlarına köçürməklə hədələyirlər.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qərb Hərbi Dairə Komandanlığı artıq 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 332-ci Əlahiddə Helikopter Alayından bir neçə hərbçi ailəsinin zorla çıxarılması barədə göstəriş verib.

Ukraynanın hərbi kəşfiyyatı Qərb Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin 6-cı Ordusunun 332-ci Əlahiddə Helikopter Alayının helikopter eskadrilyasının hərbi qulluqçularının siyahısını dərc edib.

Bənzər yazılar

0.28065204620361