Kəndlilər gübrə və subsidiya ilə bağlı ciddi problem yaşadıqlarını bildirirlər.
MillətinSəsi.info xəbər verir ki, onlar bu barədə “İTV Xəbər Yekun"un reportajında danışıblar.
Belə ki, gübrələrin güzəştli satılmalı olduğu halda daha baha qiymətə satıldığı deyilir. Əkin-biçin vaxtı subsidiya almalı olduqları halda da hələ ki, bundan yararlana bilmirlər. Nəticədə məhsuldarlıq aşağı düşür və min bir əziyyətlə başa gələn məhsul zay olur.
Hər il mineral gübrələri güzəştli şərtlərlə alan fermerlər bu il bahalıqdan şikayət edirlər. Səbəbi isə dünyada baş verən hadisələr, xüsusilə əsas gübrə istehsalçısı olan Rusiyanın gübrə ixracına kvota tətbiq etməsidir.
Daha ətraflı: