Masazırda azyaşlılar itlərin hücumuna məruz qalıblar 

 18-05-2023

Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, “Məzunlar Evi”nin qarşısında 3 yaşlı Əkbər Aslan oğlu Hüseynov və 5 yaşlı Cəsur Vəli oğlu Əbilov küçə itlərinin hücumuna məruz qalıb.

Yaralılar təcili tibbi yardım maşınının köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaralar diaqnozu qoyulub.

Azyaşlıların valideynləri bildiriblər ki, övladlarının durumu ağırdır.

Bənzər yazılar

0.12619686126709