Masallıda çağırışa gedən ambulans aşdı - VİDEO

 18-05-2023

Masallıda çağırışa gedən təcili tibbi yardım maşını aşıb.

Milletinsesi.info xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

İlkin məlumata görə, ambulans Masallı Bioloji Təbabət Klinikasına aiddir. 

Məsələ ilə bağlı Masallı Bioloji Təbabət Klinikası ilə əlaqə saxladıq. Klinikadan bildirilib ki, hadisə dünən Masallıda baş verib:

“Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı ambulansda pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”.

Ambulansın qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yolayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub.

“Mercedes-Benz” markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib, sürücü və iki sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Milletinsesi.info (@oxuaz)

Könül Cəfərli

Bənzər yazılar

0.45725893974304