“Vita Aptekləri” MMC böyük məbləğdə cərimələndi

 18-05-2023

“Vita Aptekləri” Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində inzibati qaydada protokol yazılıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddəsi ilə protokol tərtib olunub. 

İş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
 
Araşdırılması üçün hakim Solmaz Mustafayevanın icraatına verillib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, bu ilin mart ayında “Vita Aptekləri” MMC-nin Binəqədi rayonunda olan bölmələrindən biri cərimə olunmuşdu. Həmin işə görə, şirkət nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə məhkəməyə verilib.

Həmin işə Binəqədi rayon Məhkəməsində baxılıb. 

Mətbuatın yazdığına görə, “Vita Aptekləri” MMC-nin qanuni təmsilçi Sadıqov Elçin Ağasadıq oğludur. Elçin Sadıqov həm də "Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. 

Mətbuatın yazdığına əsasən, MMC-nin sahibi deputat Cavanşir Feyziyev olduğu deyilir. 

"Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. 

Cavanşir Feyziyev həm də "Avromed”in sahibidir.

Bənzər yazılar

0.47145891189575