Operatorun Hollivud ulduzu Alek Bolduin tərəfindən təsadüfən güllələndiyi “Pas” (“Rust”) filminin çəkilişləri faciədən 18 ay sonra başa çatıb.
Bu barədə amerikalı aktyorun özü elan edib.
65 yaşlı aktyor obrazının saqqalsız fotosunu “Tanrım, bu saqqalı qırxmaq necə gözəl idi” cümlələri ilə yayımlayıb. O, həmçinin 13 yaşlı həmkarı Patrik Skott Makdermott ilə çəkdirdiyi şəkli də paylaşıb.
“Bu gənclə “Pas” filminin çəkilişlərinin son günü. Çox istedadlı və parlaq gələcəyi olan aktyor”, - deyə Bolduin şəkli şərh edib.
Xatırladaq ki, 2021-ci ildə “Western”in çəkiliş meydançasında Bolduin təsadüfən atışa hazır olan silahdan . Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb.
Fevralın əvvəlində Nyu-Meksiko Ştat Prokurorluğu aktyoru Hatçinsi ittiham edib. Günahı sübuta yetirilərsə, onu 18 aya qədər həbs cəzası gözlədiyi bildirilib. Aktyor özünü təqsirli bilməyib. Aprel ayında prokurorlar Bolduinə qarşı qətl ittihamlarını . Bu müddət ərzində çəkilişlər dayandırılıb və aprelin 20-dən Montanada etdirilib.
Mənbə: TASS