Eybel Tesfaye “The Weeknd”i öldürmək planlarından danışdı: “Sonda bunu edəcəyəm”

 17-05-2023

Kanadalı pop müğənni səhnə adı “The Weeknd”i əsl adı Eybel Tesfaye ilə əvəz edib.

İfaçı artıq “Instagram” profilindən başqa bütün sosial media hesablarında adını dəyişib. O, bundan əvvəl verdiyi müsahibədə təxəllüsü dəyişdirmək planlarından danışıb.

Musiqiçi vurğulayıb ki, bu qərarın ardında bütövlükdə musiqi sənayesindən uzaqlaşma durmur, yenə musiqi yaradıcılığına davam edəcək.

“İndi katarsisdən keçirəm. “The Weeknd” fəslini bağlamağa hazır olduğum məqam gəlir. Mən hələ də musiqi ilə məşğul olacağam, bəlkə Eybel kimi, bəlkə də “The Weeknd” kimi. Amma yenə də “The Weeknd”i öldürmək istəyirəm və sonda öldürəcəyəm. Mən dərimi soymağa və yenidən doğulmağa çalışıram”, - deyə ifaçı bildirib.

Mənbə: Lenta.ru

Bənzər yazılar

1.3421640396118