"Azəristiliktəchizat" ötən il 14 milyon manatdan çox zərər edib

 10-03-2022

2021-ci ildə Azərbaycanda istilik enerjisi tariflərinin maya dəyərindən aşağı olması ilə əlaqədar ayrılmış subsidiya məbləği nəzərə alınmaqla "Azəristiliktəchizat" ASC-nin zərəri 14 145,3 min manat olub.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyəti istehlakçı qrupları üzrə 15 397,2 min manat dəyərində xidmət göstərib ki, bunun 13 454,6 min manatı və yaxud 87,4 %-i istilik təchizatı xidmətlərinə, 1 493,7 min manatı və yaxud 9,7 %-i isti su təchizatı xidmətlərinə, 448,8 min manatı və yaxud 2,9 %-i xidmət müqavilələrinə aid olub.

Cəmiyyətin göstərdiyi xidmətlər üzrə daxilolmalar 13 528,7 min manat, o cümlədən istilik təchizatı xidmətlərinə görə daxilolmalar 12 496,5 min manat və yaxud 92,4 %, isti su təchizatı xidmətlərinə görə 624,2 min manat və yaxud 4,6 %, xidmət müqavilələrinə görə 408 min manat və yaxud 3 % təşkil edib.

Ötən il yığım faizi 87,9 %, o cümlədən qeyri-əhali istehlakçıları üzrə 97,8 %, əhali istehlakçıları üzrə isə 74,2 % olub.

2021-ci ildə "Azəristiliktəchizat"ın istehsalat xərcləri 61 544,1 min manat təşkil edib ki, onun da 83,6 %-i Bakı, 16,4 %-i regional istilik təsərrüfatına aid olub. Xərclərin tərkibində əsas yeri qaz 54,4 %, elektrik enerjisi 6,9 %, su və dizel yanacağı 2,1 %, alınan enerji 1 %, əməkhaqqı 19,4 %, DSMF-ə ayırmalar 4,7 % tutub. Ümumilikdə xərclərin 64,4 %-i enerjidaşıyıcılar, su və alınan enerji xərcləri təşkil edib.

Qeyd edək ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib. 

Bənzər yazılar

0.30887913703918