Bu gün Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Federasiyasının başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Üçtərəfli telefon danışığı 1 saat 20 dəqiqə davam edib.
Verilən ilkin məlumat görə, Olaf Şolts və Emmanuel Makron Rusiya Prezidentindən qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və təcili olaraq atəşkəs barədə razılığa gəlməyi tələb ediblər.
Almaniya kansleri və Fransa Prezidenti V. Putini Ukrayna prezidenti Volodimir Zelenski birbaşa danışıqlara getməyə və münaqişənin diplomatik həllini tapmağa çağırıblar.
Həmçinin telefon danışığının əsas mövzusu Ukraynadakı humanitar vəziyyət və mülki əhalinin təhlükəsizliyi olub.
Mənbə: Segodnya