Oqtay Əsədova bağlı şirkətlə 700 minlik müqavilə

 14-05-2023

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması üzrə tenderə yekun vurub.

Qaynarinfo.az xəbər verir ki, tenderin qalibi "Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.

Agentliklə QSC arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 704.784,5 AZN-dir.

"Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkəti hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. QSC-nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur. 

Lakin yerli media yazır ki, QSC-nin sahibi Cavid Əsədov adlı şəxsdir. Bu şəxs Milli Məclisin keçmiş spikeri, hazırda deputat mandatı daşıyan Oqtay Əsədovun qardaşı oğlu kimi təqdim edilir. Hətta iddia olunur ki, şirkət keçmiş spikerin nəzarətindədir.

2014-cü ildə Cavid Əsədovun adı dələduzluq olayında hallanıb.

"Arash Medical Company” QSC ilə bağlı maraqlı məlumatlardan biri də şirkətin yaranma tarixi ilə bağlıdır.

Yuxarıda qeyd etdik ki, reyestr məlumatlarında şirkətin 2011-ci ildə qeydiyyata alındığı əks olunub. Lakin maraqlıdır ki, QSC 2010-cu ildən tenderlərdə iştirak etməyə başlayıb. 

"Arash Medical Company” QSC əsasən Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin satınalma müsabiqələrinin qalibi seçilib.

Bənzər yazılar

2.7025339603424