Əməkdar artist Elza Seyidcahan müğənni Gülay Zeynallıya söz atıb.
ATV telekanalında yayımlanan “Günün sədası” verilişində qonaq olan Seyidcahan Gülayın onun bəstəsi olan mahnını düzgün oxumadığını bildirib:
“Gülayın xətrini çox istəyirəm. Məndən xəbərsiz gedib mahnımı oxuyub, radiolara verib. O, “Əl çəksin kədər” əvəzinə “Əl “çəhsin kədər” deyib. “Çəhsin” sözü var? Mən də bir bəstəkar kimi hər dəfə maşında qulaq asıram, az qalır beynimə qan sızsın. Brend geyinib, özünüzü ledi kimi göstərirsinizsə, ədəbi dilimizi də qoruyun.
Mənə yazıb ki, mahnını pul verib almışam, nə vaxt istəsəm oxuyacağam. Mahnıya da az pul verib, hörmət etmişəm. Sən mənə de görüm, o mahnını niyə oxumursan? Bu gün-sabah o mahnını oxuyaram, görərsiniz necə oxuyurlar. Bu günədək onun xətrinə dəyməmişəm. Gülayı sevməsəm, mahnı vermərəm axı...”
Həmin görüntüləri təqdim edirik: