Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alan var

 12-05-2023

Yevlax rayonunun Yuxarı Qarxun kəndində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Qaraoğlan kənd marşrut xətti üzrə hərəkət edən mikroavtobus VAZ-2115 markalı minik avtomobili ilə toqquşub.

Nəticədə VAZ markalı avtomobilin sürücüsü, rayon sakini, 1975-ci il təvəllüdlü Sənan Kərimov xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan sərnişinlərdən birinə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.4591600894928