Qaxda avtomobil yük maşınına çırpılıb: Sürücü xəsarət alıb

 12-05-2023

Qaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 01:30-da Qax-Qorağan avtomobil yolunda baş verib.

1981-ci il təvəllüdlü Qax rayonu Dəymədağlı kənd sakini Mətləb Arif oğlu Məmmədovun idarə etdiyi minik avtomobili qoşqulu yük maşınına çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.39379787445068