Qaçırılan ukraynalı deputat Leyla İbrahimova azad edildi

 10-03-2022

Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimova evindən qaçırılaraq, naməlum istiqamətə aparılıb.

Bu barədə Krım Tatar Milli Məclisinin deputatı Eskender Bariyev bildirib.

“Bu gün Melitopolda səhər saat 6-da Rusiya ordusuna məxsus hərbi geyimdə olan silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə girərək axtarış aparıblar, telefonlarını müsadirə ediblər. Leyla İbrahimovanın özü naməlum istiqamətdə aparılıb”, - deyə deputat bildirib.

L.İbrahimovanın qohumları və partiyadaşları məlumatı təsdiqləyiblər.

Ukraynanın sabiq prezidenti Petro Poroşenko bildirib ki, Rusiya hərbçiləri martın 10-da səhər saatlarında qaçırılan Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimovanı azad ediblər: “Leyla Melitopolda müqavimətin simvoludur. Məhz bu cəsarətli qadın hər gün insanları toplayaraq ukraynayönümlü mitinqlərə çıxanlar arasında idi. Onlar Rusiya əsgərlərinə göstərdilər ki, Melitopol Ukraynanındır. Leyla artıq evindədir, lakin onunla əlaqə yoxdur”, - deyə o əlavə edib.

Mənbə: pravda.com.ua

Bənzər yazılar

0.2557737827301