Naxçıvanda xidmət edən evsiz hərbçilərə mənzil kirayəsi üçün verilən pul kəsilib.
MillətinSəsi.info xəbər verir ki, bu haqda facebook sosial şəbəkəsində "Gündəlik Naxçıvan" adlı səhifəyə bir qrup hərbçi məlumat verib.
Onların sözlərinə görə, artıq 5 aydır bu pulu ala bilmirlər. N saylı hərbi hissənin zabiti B. Əliyev deyir ki, pulu ödəyə bilmədiklərindən bir çox hərbçi kirayə qaldıqları evdən çıxarılıb:
" Artıq yanvar ayından kəsiblər kirayə pullarını. Soruşuruq, deyirlər, “bizlik deyil, artıq Naxçıvan Maliyyə Nazirliyi kirayə üçün pul ayırmır”. Heç bilinmir ki, ayrılacaq, ya yox. Gah deyirlər, artıq bu pul verilməyəcək, gah deyirlər, pul yoxdur, ona görə ödəniş olunmur. Şəxsən mənim 1500 manat kirayə borcum yığışıb qalıb. Ev sahibi 3-4 ay ötüşdürdü, sonra çıxardı bizi evdən. 3 uşaq, bir də həyat yoldaşım qaldıq küçədə. Onları göndərmişəm, qayınanamgildə yaşayırlar, mən özüm orada-burada gecələyirəm".