O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO

 09-05-2023

Vətəndaşlar ölüm haqqında şəhadətnamə almaqda çətinlik yaşadıqlarını iddia ediblər.

Xezerxeber.az-ın məlumatına görə, iddiaya əsasən şəhadətnaməni almaq üçün müəyyən bir vaxt verilir və bu müddət ərzində müraciət etmədinsə, iş çətinləşir.

Vəfat edən şəxsin ərazi üzrə poliklinikaya heç vaxt yolu düşməyibsə, o zaman iş birbaşa məhkəmədən keçir.

Bakı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri İradə İsmayılovanın sözlərinə görə, ölüm haqqında tibbi şəhadətnamə Səhiyyə Nazirliyinin kollegiya qərarı əsasında verilir:

“Əgər həmin şəxs ərazi üzrə poliklinikaya qeydiyyata düşməyibsə və heç bir xəstəlik vərəqi yoxdursa, bu zaman ölüm haqqında şəhadətnamənin verilməsi məhkəməyə göndərilir. Məhkəmələrdə isə 2 həftə ərzində sənədlərə baxılır və şəhadətnamə ailəyə təqdim olunur. Buna səbəb isə gələcəkdə hər hansı bir neqativ hadisələrin baş verməməsidir”.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovon sözlərinə görə, ölüm haqqında şəhadətnaməni almağın müxtəlif yolları var:

“Bu üsullardan biri kimi məhz şəxs vəfat etdikdən sonra onun müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət etmək olar. Bu zaman vəfat edən şəxs çox az bir vaxt ərzində müayinə olunur və həmin gündə ölüm haqqında tibbi şəhadətnamə onun ailə üzvlərinə təqdim olunur. Amma çox zaman insanlar bu üsuldan qaçırlar. Buna səbəb kimi isə meyitlərdən orqan çıxarılma ehtimalını göstərirlər”.

Qeyd edək ki, ölən şəxs Təcili Yardım Briqadasının mənzilə çağırışından sonra ölüm hadisəsi baş verirsə, bu zaman şəhadətnamənin verilməsində hər hansı bir problem yaşanmır.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

5.4459500312805