Türkiyənin İsparta şəhərində qardaş ölkənin hərbçiləri ilə azərbaycanlı pilotlar təcrübə mübadiləsi aparıblar.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib:
“Bir millət, iki dövlət” anlayışı ilə qardaşlarımızla işləməyə davam edirik.
Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvan Ümumqoşun Ordusunda xidmət edən helikopter pilotları ilə axtarış-xilasetmə işləri ilə bağlı təcrübə mübadiləsi aparılıb”.
????Kara Havacılık Okul Komutanlığı / Isparta
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) May 27, 2022
Kardeşlerimizle "Tek Millet, İki Devlet" anlayışıyla çalışmaya devam ediyoruz. Azerbaycan Savunma Bakanlığı Nahçıvan Ümumkoşun Ordusunda görevli helikopter pilotları ile arama-kurtarma faaliyetleri konusunda tecrübe paylaşımı yapıldı. pic.twitter.com/cMHRKgZhnS