Salyanda icra hakimiyyətinin qarşısında bıçaqlanma olub

 08-05-2023

Salyanda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Salyan Rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən istirahət parkının ərazisində baş verib.

Orada Ərşan Cəfərovla Keran Quliyev arasında mübahisə yaranıb. Mübahisə zamanı Ərşan Keranın sol döş qəfəsinə bıçaqla bir zərbə vurub.

Faktla bağlı cinayət işi başlanıb. Ə.Cəfərov şübhəli şəxs qismində tutulub.

Bənzər yazılar

0.45511698722839