Gədəbəydə 78 sürücü avtomobil qəzasında öldü, həyat yoldaşı yaralandı

 08-05-2023

Gədəbəy rayon Düzyurd kəndində VAZ-2121 (“Niva”) markalı avtomobil maneə çırpılıb, ölən və xəsarət alan var.

“Report”un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1945-ci il təvəllüdlü Əmrah Göycə oğlu İsrafilov aldığı ağır xəsarətlərdən ölüb.

Avtomobildə sərnişini qismində ola həyat yoldaşı 1948-ci il təvəllüdlü Zərqələm İsrafilov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.4269859790802