Bərdədə 26 yaşlı kişi arvadını GÜLLƏLƏDİ

 26-05-2022

Bərdədə ər arvadını öldürüb.

Rayon prokurorluğundan "Kriminalqafqaz"a verilən məlumata görə, mayın 25-də Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Təbriz Orucov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.

Bənzər yazılar

0.28629994392395