Baş ədliyyə müşaviri Firad Əliyev Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib

 06-05-2023

Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xidməti vəzifələrini layiqincə və nümunəvi yerinə yetirdiyinə görə Baş Prokuror tərəfindən Azərbaycan Respublikası Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Firad Fuad oğlu Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək hüquq fakültəsinin ən nümunəvi məzunu adına layiq görülüb.

Firad Əliyev 2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, müstəntiq, böyük müstəntiq, prokuror köməkçisi, prokurorun böyük köməkçisi, prokuror, böyük prokuror vəzifələrində qulluq keçib. 2018-ci ildən hazırkı vəzifədədir.

Bənzər yazılar

1.9436349868774