Lerikdə maşın dərəyə aşdı: Ölən və yaralananların adı bilindi

 04-05-2023

Lerik rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milletinsesi.info xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21074 markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Lerik rayonunda dərəyə aşan VAZ-21074 markalı avtomobildəki şəxslərin adları məlum olub.

Milletinsesi.info xəbər verir ki, hadisə nəticəsində maşında olan sərnişin Rəvan İbadzadə dünyasını dəyişib.

Digər sərnişin Amin İbadov və sürücü Zəka Həmidov xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, onların hər üçü Lənkəran sakinidir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.40271496772766