Naxçıvanda 17 yaşlı gənci maşın vurdu

 04-05-2023

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Babək rayon Qoşadizə kəndində qeydə alınıb.

Avtomobil, yolu keçən 2006-cı il təvəllüdlü Qoşadizə kənd sakini Cəfərli Hüseyn Əli oğlunu vurub.

Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.40148496627808