Zaqatalada ana və azyaşlı övladını maşın vurdu

 04-05-2023

Zaqatalada ana və azyaşlı övladını maşın vurub.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib.

1985-ci il təvəllüdlü Çinarə Tatdayeva və onun azyaşlı övladı 2017-ci il təvəllüdlü Amil Tatdayevi “Mercedes” markalı minik avtomobili vurub.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.46635508537292