Gəncə Dövlət Universiteti (GDU) dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo.az xəbər verir ki, tenderi qalibi “Stil555” MMC olub.
Universitetlə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 191.135,8 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “Stil555” MMC 1 fevral 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2-ci mikrorayon, ev 23, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Məhəmməd Əli oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsəd heç bir məlumat yoxdur.
Reyestr məlumatlarından görünür ki, şirkət yeni yaradılıb.
“Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması şərtdir. İki aydır fəaliyyət göstərən şirkətin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür.