İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb. Hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.
Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.
Hadisə nəticəsində məktəbli xəsarətlər alıb.
Bundan başqa, İsmayıllıda məktəb binasından yıxılan şagird Bakıya gətirilib.
Kəllə-beyin travması alan qız əvvəl Qəbələ, daha sonra isə Bakıdakı xəstəxanaların birinə gətirilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Həmçinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllıda məktəb binasından yıxılan şagird barədə açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:
“Hazırda şagird xəstəxanadadır və vəziyyəti normaldır. Hadisənin səbəbi bilinmir. Araşdırma bitəndən sonra ətraflı məlumat veriləcək”.
Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.