“Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib:
“Ermənistan başqasının torpağından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır. Türkiyə hakimiyyəti Sudanda davam edən toqquşmalar səbəbindən səfirliyin Xartumdan Port-Sudana köçürülməsi təklifini qəbul edib. Sudan tərəfi bizə səfirliyi Xartumdan Port-Sudana köçürməyi təklif edib, orada bizə yer ayıracaqlar. Səfirliyimizin yerləşdiyi ərazidə şiddətli toqquşmalar, küçə döyüşləri gedir. Diplomatik nümayəndəliyi müvəqqəti Port-Sudana köçürmək qərarına gəlmişik”, - o deyib.