“Dost ölkə Azərbaycanla əlaqələrimiz çox yüksək səviyyədədir”.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez “Haber Global”a müsahibəsində bildirib.
O, qeyd edib ki, iki ölkə birlikdə böyük layihələr həyata keçirir.
“Azərbaycanla əlaqələrimiz son dərəcə yüksək səviyyədədir. Turk Petrolleri” dost ölkədə fəaliyyət göstərir. Azərbaycanda investisiyalarımız var. SOCAR-ın Türkiyədə investisiyaları var. Bizim nöqteyi-nəzərimizdən Azərbaycana investisiyalarımız da ən yüksək səviyyədədir. Biz TANAP kimi bir layihə həyata keçirmişik. Təbii qaz kəmərlərimiz işləyir. Tezliklə Naxçıvan kəmərini də istismara verəcəyik. Avropadakı imkanları birlikdə qiymətləndirmək barədə də konsensusumuz var. Enerji bu əlaqələrin mühərrikidir”, - deyə nazir bəyan edib.