Biləsuvarda leysan və külək bir sıra fəsadlar törədib 

 02-05-2023

Biləsuvar rayonunda leysan yağışı və güclü külək bir sıra fəsadlar törədib.

“Report” xəbər verir ki, gecə saatlarında təxminən bir saat ərzində davam edən leysan yağışı və güclü külək nəticəsində şəhərin bir çox küçələrində, eləcə də kəndlərdə yol kənarlarındakı ağaclar aşıb.

Həmçinin küçələr subasmaya məruz qalıb, bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Qırılan ağaclar təmizlənərək yol kənarlarından daşınır, küçələrdə yığılmış sular maşınlar vasitəsilə çəkilir.

Elektrik verilişində yaranan nasazlıqlar isə aradan qaldırılıb.

Hazırda problemlərin həlli istiqamətində həyata keçirilən işlər davam etdirilir.

Bənzər yazılar

0.13276290893555