Bakıda motosiklet sürücüsü maneəyə çırpıldı

 02-05-2023

Bakının Nizami rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report”un məlumatına görə, 1988-ci il təvəllüdlü Mehdiyev Mikayıl Haqverdi oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.39616823196411