Rusiya ordusuna məxsus bombardmançı təyyarələr Azov və Xəzər dənizləri üzərində təlimlər icra edib, qanadlı raketlərin şərti buraxılışını həyata keçiriblər.
Bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik çıxış edib.
A.Motuzyanik bildirib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, Rusiyanın “Tu-22M3”, “Tu-95”, “Tu 160” uzaqmənzilli bombardmançı təyyarələrinin ekipajları Azov və Xəzər dənizləri əraziləri üzərindəki hava məkanında, eləcə də Rusiya Federasiyasının hava məkanında təlimlər icra edib və qanadlı raketlərin şərti buraxılışını həyata keçiriblər.
Mənbə: Unian