İsmayıllıda atı və sahibini sel aparıb - VİDEO

 01-05-2023

İsmayıllı rayonunun Zərnava kəndində atı və sahibini sel aparıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, İsmayıllıda çaya düşərək atını xilas etməyə çalışan şəxs sağdır.

Onun sözlərinə görə, İsmayıllı rayonunda at və sahibini sel aparması barədə sosial şəbəkələrdə paylaşılan videogörüntülər yeni deyil:

“Paylaşımlarda görüntülərin rayonun Zərnava kəndi ərazisində qeydə alındığı iddia olunub. Qeyd edək ki, həmin hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olmasa da, iddialarla bağlı ilkin araşdırma aparılıb. Araşdırma zamanı görüntülərin təxminən 2021-ci ilə aid olduğu müəyyən edilib. Belə ki, rayonun Qaraqaya kənd sakini olan bir nəfər çaya düşən atını çıxarmaq üçün özü də suya atılıb. Həmin hadisədə də hər hansı bir ölüm və xəsarət faktı qeydə alınmayıb”.

Qeyd edək ki, güclü yağış və dolu Azərbaycanın bir sıra rayonlarında ciddi fəsadlar törədib.

Sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Bənzər yazılar

0.14010000228882