Xalq artisti Aftandil İsrafilov dəfn olunub 

 30-04-2023

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dəfn olunub.

Milletinsesi.info xəbər verir ki, mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, daha əvvəl Heydər Məscidində Mədəniyyət Nazirliyinin nümayəndələri, xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri ilə birgə A.İsrafilovla vida mərasimi keçirilib.

A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.

Photostock.az-ın əməkdaşı dəfn mərasimindən görüntüləri qeydə alıb:

 

Bənzər yazılar

0.41335701942444