Bu yaxınlarda Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verən Cen Psaki payızdan etibarən MSNBC telekanalına qoşulacaq. O, hazırda işlənmə mərhələsində olan yeni şouya aparıcılıq edəcək.
Psakinin şousunun 2023-cü ilin birinci rübündə təqdim ediləcəyi və siyasətlə bağlı olacağı bildirilir.
Qeyd edək ki, Ağ Evin keçmiş mətbuat katibinin artıq televiziya təcrübəsi var. O, 2017-2020-ci illərdə CNN-də siyasi ekspert olub.
Mənbə: TASS