Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Milletinsesi.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayılan videoda hazırda klubsuz olan 31 yaşlı futbolçunun Kənan adlı gənci söydüyü və vurduğu görünür.
Hadisənin Bakıda, Ağ Şəhər ərazisində baş verdiyi bildirilir. Abdullayevin vurduğu gəncin təkər qaraltmaqla məşğul olduğu deyilir.
Xatırladaq ki, daha əvvəl, 2013-cü ildə A.Abdullayev idarə etdiyi avtomobillə qəza törədib bir nəfərin ölümünə səbəb olmuşdu. Bundan başqa da bir neçə dəfə onun avtoxuliqanlıq etməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.