Əmlak Məsələləri Dövlət Xidməti “Mcdonalds”ı məhkəməyə VERDİ– SƏBƏB

 24-05-2022

İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Mcdonalds Azərbaycan” QSC barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, iddia bu gün – 24 may tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatına qəbul edilib.

Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilib. 

Məlumat üçün bildirək ki, Mcdonalds Azərbaycan” QSC 01.03.1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamı kapitalı 2 milyon 845 min manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir.

Bənzər yazılar

0.19003486633301