Tərtərdə üç nəfər minaya düşüb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.
Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.
Əldə edilən məlumata görə, ölən şəxslər ANAMA-nın əməkdaşlarıdır. Onlar xidməti vəzifələrini yerinə yetirən zaman minaya düşüblər.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.