Moldova Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə idarəsi eks-prezident İqor Dodonun evində axtarış aparır.
MillətinSəsi.info RIA-ya istinadla xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidmətinin rəhbəri Marianna Kerpek məlumat yayıb. Bildirilib ki, eks-prezident passiv korrupsiyada, qanunsuz varlanmada, cinayət təşkilatı vasitəsilə partiyanı maliyyələşdirməkdə və vətənə xəyanətdə şübhəli bilinir.
Dodonun fəxri sədri olduğu Sosialist Partiyasının icraçı katibi Vlad Batrinça bildirib ki, respublika hakimiyyəti müxalifətlə bu üsulla mübarizə aparır: "Həmkarımız, eks-prezident İqor Dodonun başına gələnlər ucuz şoudur, hakimiyyət müxalifətlə mübarizə aparır. Bölgələrdə olan həmkarlarımız müxtəlif işlərlə hədələndiklərindən şikayətləniblər".