Milli Məclisin deputatı Cavanşir Paşazadə Baku TV-nin qonağı olub.
Millət vəkili bir neçə gün əvvəl Azərbaycanda özünü milyarder elan edən şəxsin olmaması ilə bağlı verdiyi açıqlamasının təfərrüatlarından danışıb.
O qeyd edib ki, “AZAL” kimi böyük şirkətlər özlərini milyoner, ya da milyarder elan edə bilər. Lakin yəqin ki, hələ milyardları olmadığı üçün çəkinirlər.
Cavanşir Paşazadə vəzifəli şəxslərin mal-dövlətinin mənbəyinin göstərilməsi məsələsinə də aydınlıq gətirib: “Hər seçkidən qabaq millət vəkilləri mal varlığı ilə bağlı hesabat verir. Həmin hesabatda nəyim varsa, göstərilib”, - deyə deputat qeyd edib.
Daha ətraflı süjetdə: